«Unibank»ın yeni lotereyasının ilk qalibləri müəyyənləşib - FOTO

«Unibank»ın yeni lotereyasının ilk qalibləri müəyyənləşib - <span style="color: red;">FOTO
# 14 noyabr 2013 09:09 (UTC +04:00)

Bakı – APA-Economics. «Unibank» ASC-nin daha bir lotereyasının qalibləri müəyyənləşib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Alkredit plus nağd krediti əldə edin və qazanın» adlı tirajlı stimullaşdırıcı lotereyanın ilk tirajının qalibləri müəyyən edilib. Müsabiqə Komissiyasının iştirakı ilə elektron qaydada keçirilən püşkatmanın nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat səbləğində pul mükafatı əldə ediblər.

Oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında 390 qalib seçiləcək. Ümumi uduş fondu 90 min manat təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın 26 qalibi ümumilikdə 6 min manat alacaq. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönəldiləcək və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ, qalibə təqdim ediləcək.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycanın hər bir işləyən vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7 500 manatadək və 48 ay müddətədək kredit ala bilər. Kredit alanlara minimum 300 manat balansı olan üzvlük kartı da verilir. «Unibank»dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajına heç bir tələb qoyulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR