İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 21 yanvar 2014 13:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların vasitələrin keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilmiş məhkum Valeh Vaqif oğlu Bayramova vətəndaş Rahil İdris oğlu Tairovun gətirdiyi sovqatın içərisinə baxış keçirilib. Bu zaman bişmiş şirniyyatın içərisində gizlədilmiş 3 bükümdə xalis çəkisi 7.141 qram olan narkotik vasitə “tiryək” və 1 bükümdə xalis çəkisi 0.32 qram olan narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR