Bakının bəzi yollarında avtomobillərin hərəkəti bir həftə ərzində məhdudlaşdırılacaq - VİDEO

Bakının bəzi yollarında avtomobillərin hərəkəti bir həftə ərzində məhdudlaşdırılacaq - <span style="color: red;">VİDEO
# 30 noyabr 2013 11:33 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, UNESCO-ya üzv olan 180 ölkədən olan nümayəndə heyətinin üzvləri artıq Bakıya gəlməyə başlayıb.

Tədbirə gələn qonaqların yerləşdirilməsi və tədbirin təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 1-dən 8-dək paytaxtın Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ərazilərində yerləşən hotellər istiqamətində, eləcə də Heydər Əliyev, Gülüstan Sarayları, İçərişəhər, İncəsənət və Xalça muzeyləri, Heydər Əliyev Mərkəzi və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” qoruğu istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.

V. Əsədov bir həftə ərzində paytaxt sakinlərindən ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR