Göyçayda 18 yaşlı qız beşinci mərtəbədən yıxılaraq ölüb - VİDEO

 Göyçayda 18 yaşlı qız beşinci mərtəbədən yıxılaraq ölüb - <span style="color: red;">VİDEO
# 10 dekabr 2013 09:40 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Azərbaycanda 18 yaşlı qız binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. Göyçay Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12.00 Göyçay şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

1995-ci il təvəllüdlü Aynurə Məmməd qızı Əhmədova yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb. A. Əhmədova Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, A. Əhmədova pəncərə şüşəsini silərkən ehtiyatsızlıq edərək yıxılıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR