Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb
# 03 dekabr 2013 11:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə mağazadan oğurluq edən 21 yaşlı gənc saxlanılıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, oktyabrın 3-də Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Nailə Nağıyeva polisə müraciət edərək bildirib ki, ona məxsus mağazadan 10 blok müxtəlif markalı siqaretlər, bir ədəd pampers, bir qutu yağ, 15 ədəd müxtəlif ətirlər və kassadan 580 manat pul aparılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs, 1992-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkumluq həyatı yaşayan, Elmir Qafarov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR