Ukrayna universitetlərinin 15 minə yaxın tələbəsi prezident iqamətgahının qarşısına toplaşacaq

Ukrayna universitetlərinin 15 minə yaxın tələbəsi prezident iqamətgahının qarşısına toplaşacaq
# 27 noyabr 2013 15:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Kiyevin Müstəqillik Meydanındakı kütləvi aksiyanın təşkilatçıları öz “Facebook” səhifələrində məlumat veriblər.

Tələbələr bu gün Müstəqillik Meydanında öz tələblərini səsləndiriblər. Onlar bildiriblər ki, siyasətçilərin və təhsil ocaqları rəhbərlərinin hər hansı təsiri olmadan özləri təşkilatlanıblar və tətilə başlayıblar. Tələbələr ölkə gəncliyinin böyük əksəriyyətinin dərhal Avropa Birliyi ilə assosiasiya sazişi imzalanmasını istədiklərini söyləyib. Onlar bəyan ediblər ki, gənclər ölkənin gələcəyi olduğu üçün hakimiyyət bu səsə qulaq verməlidir. Tələbələr prezident Viktor Yanukoviçdən görüş istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR