Bakıda 5 gün əvvəl qətl hadisəsi törədən şəxsin kimliyi məlum olub

Bakıda 5 gün əvvəl qətl hadisəsi törədən şəxsin kimliyi məlum olub
# 16 yanvar 2014 10:08 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardığı əməliyyat tədbirləri və istintaq hərəkətləri ilə yanvarın 11-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Novruzovun Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Əlişir Bəkirov tərəfindən qətlə yetirilməsi müəyyən edilib.

Ə. Bəkirovun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi Ağsu rayon sakini, əmisi, əvvəllər məhkum olunmuş Xaliq Bəkirzadənin həyətində aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR