Bakı İstintaq Təcridxanasında məhkumdan mobil telefon götürülüb

Bakı İstintaq Təcridxanasında məhkumdan mobil telefon götürülüb
# 30 sentyabr 2013 11:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan 1989-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsa Telman oğlu Süleymanovun kamerasına baxış keçirilərkən əynində olan idman gödəkcəsinin cibindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR