Əvvəllər məhkum olunmuş şəxsdən silah-sursat götürülüb

Əvvəllər məhkum olunmuş şəxsdən silah-sursat götürülüb
# 08 yanvar 2014 10:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda silah-sursat aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Pənahlıyevdən 1 ədəd nömrəsi silinmiş “Naqan” tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR