Mənzildə huşsuz vəziyyətdə aşkarlanan Abşeron rayonunun sakini xilas edilib

Mənzildə huşsuz vəziyyətdə aşkarlanan Abşeron rayonunun sakini xilas edilib
# 24 fevral 2014 19:21 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən döşəmədə huşsuz vəziyyətdə aşkarlanan vətəndaş hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR