Hindistanın seçkiləri müşahidə qrupu Azərbaycanda prezident seçkilərinə dair bəyanat yayıb - FOTO

Hindistanın seçkiləri müşahidə qrupu Azərbaycanda prezident seçkilərinə dair bəyanat yayıb - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 10:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hindistanın seçkiləri müşahidə qrupu Azərbaycanda prezident seçkilərinə dair bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanat Hindistan müşahidə qrupu üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında açıqlanıb.

Qrupun rəhbəri, Hindistan parlamentinin üzvü Suresh Kesvani bildirib ki, müşahidə qrupu 15 nəfərdən ibarət olub. S.Kesvani 50-yə yaxın seçki məntəqəsində müşahidələr apardıqlarını açıqlayıb: “Seçki məntəqələrində çoxsaylı müşahidəçilər səsvermə prosesini izləyirdilər. Müşahidə prosesinə heç bir maneə yox idi. Seçicilər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra onların təkrar səsvermədə iştirakının qarşısının alınması üçün barmaqları xüsusi mürəkkəblə rənglənirdi. Müşahidə qrupu seçki məntəqələrində nəzərəçarpacaq hüquq pozuntuları ilə qarşılaşmadı. Müşahidəçilər seçicilər və namizədlərin, siyasi partiyaların nümayəndələri ilə söhbət ediblər. Heç kəs şikayət bildirməyib. Onların hamısı hazırlıqlardan və səsvermə prosesinin şəffaflığından məmnun qaldıqların bildiriblər. Seçki məntəqələrində hazırlıqların lazımı səviyyədə olduğunu gördük. Məntəqələrin yerləşdiyi binalar yaxşı vəziyyətdə idi və müvafiq işıqlandırılmışdı. Seçicilərin növbələri qaydasında idi və seçki rəsmiləri proses barədə yaxşı məlumatlı idilər. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri şəffaf, azad və ədalətli seçki tələblərinə cavab verir. Seçkilərin milli qanunvericiliyə uyğun keçirilib, proses demokratiya istiqamətində irəliləyiş kimi qiymətləndirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR