Qax rayonunda mikroavtobus minik maşını ilə toqquşub, xeyli sayda sərnişin xəsarət alıb

Qax rayonunda mikroavtobus minik maşını ilə toqquşub, xeyli sayda sərnişin xəsarət alıb
# 10 oktyabr 2013 08:45 (UTC +04:00)

“Ford” markalı 36 BB 954 dövlət nömrə nişanlı mikroavtobus “Opel” markalı, 34 BC 299 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində xeyli sayda sərnişin xəsarət alıb.

Qax Mərkəzi rayon Xəstəxanasından APA-ya bildirilib ki, qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlar Zəyəm kənd sakinləri, 1988-ci il təvəllüdlü Xəzər Hacıyev, 1996-cı il təvəllüdlü Qurban Qurbanlı, 1995-ci il təvəllüdlü Elməddin Məmmədli, 1996-cı il təvəllüdlü Samir Şükürzadə, 1992-ci il təvəllüdlü Bəxtiyar Məmmədli, 1996-cı il təvəllüdlü Elton Kazımlı, Şəki rayon sakinləri, 1985-ci il təvəllüdlü Coşqun Məsimov, 1978-ci il təvəllüdlü Samir Rəsulov və Elvin Yusifovdur.

Xəstəxanadan həmçinin bildirilib ki, qəza zamanı xəsarət alanların əksəriyyəti çağırışçılar olub. Onlar tibbi müayinədən keçməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR