Azərbaycan sentyabrda Bakı-Ceyhan kəməri ilə neftinin nəqlini artırıb

Azərbaycan sentyabrda Bakı-Ceyhan kəməri ilə neftinin nəqlini artırıb
# 10 oktyabr 2013 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 327 083 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında BTC kəməri ilə 22 547 088 ton neft ötürülüb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,6% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il oktyabrın 1-ə qədər BTC-yə 227 998 902 ton neft vurulub.

Bundan başqa, bu ilin sentyabr ayında BTC kəməri ilə 200 688 ton tranzit Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR