Azərbaycan - Rusiya matçının baş hakimi müəyyənləşib

Azərbaycan - Rusiya matçının baş hakimi müəyyənləşib
# 01 oktyabr 2013 09:09 (UTC +04:00)

Bakı – APA. DÇ-2014-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Rusiya oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 15-də Bakıda baş tutacaq qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Milorad Majiç olacaq. Yan xətt hakimi funksiyasını Milovan Ristiç və Dalibor Circeviç yerinə yetirəcək. Görüşün ehtiyat hakimi isə Boşko Yovanetiçdir.

Qeyd edək ki, qarşılaşma 8-ci km stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR