İranda zəlzələ olub

İranda zəlzələ olub
# 16 yanvar 2014 10:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Buşəhr vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Vəhdətiyə şəhərinə təsadüf edib.

4,3 bal gücündə olan zəlzələ yanvarın 16-da Bakı vaxtı ilə saat 03:57-də yerin 9 km dərinliyində meydana gəlib. Təbii fəlakət İranın Fars vilayətində də hiss olunub. Zəlzələ Vəhdətiyədən (Buşəhr) 11 km, Kənartəxtədən (Fars) 11 km və Xeştdən 13 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR