Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq 0,1% yüksəlib
# 04 noyabr 2013 06:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 616 bəndədək, S&P 500 0,3% - 1 762 bəndədək, Nasdaq 0,1% - 3 922 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə ölkə iqtisadiyyatının sənaye sektorunda işgüzar indeksinin artması səbəb olub. Belə ki, indeks 56,2%-dən 56,4%-dək artıb və beləliklə 2011-ci aprelindən maksimal həddə çatıb.

Avropa fond bazarlarında noyabrın 1-də FTSE 100 indeksi 0,1% - 6 735 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 9 008 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 273 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 313,30 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3488 dollar (-0,5%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR