İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, 16 nəfər ölüb, 20 nəfər yaralanıb - FOTO

İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, 16 nəfər ölüb, 20 nəfər yaralanıb - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 11:55 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ərak-Burucerd magistralının 6 kilometrliyində olub.

İranın Qum şəhərindəki müqəddəs yerləri ziyarət etdikdən sonra Abadan şəhərinə doğru hərəkət edən iraqlı zəvvarları daşıyan avtobus idarəetməni itirərək qəzaya uğrayıb.

Nəticədə 15 nəfər hadisə yerindəcə keçinib, 1 nəfər isə Burucerd şəhərinin Şəhid Çəmran xəstəxanasında ölüb.

Daha 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda hadisə nəticəsində ağır yaralanmış bəzi zəvvarlar Şəhid Çəmran xəstəxanasının reanimasiya şöbəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR