Lord Hovard Flayt: “BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycanın şöhrətini artıracaq”

Lord Hovard Flayt: “BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycanın şöhrətini artıracaq”
# 27 sentyabr 2013 12:22 (UTC +04:00)

Bakı – APA. “Yeni Trans Adriatik Boru kəməri böyük strateji əhəmiyyətə malikdir. Bu layihə Azərbaycanın Qərbi Avropadakı nüfuzunun artmasına xidmət edəcək, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfəsini verəcək”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniya Mühafizəkarlar Partiyasının London şəhəri üzrə xüsusi səlahiyyətlərə malik sədrin müavini lord Hovard Flayt (Howard Flight) Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Trans Adriatik Boru (TAP) kəməri layihəsi, Britaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına yatırımı, Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda iştirakı, ölkəmizin BMT Təhlükəsizlik Şurasında sədrlik etməsi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında suallarına cavablandırarkən deyib.

H. Flayt bildirib ki, Böyük Britaniya 2013-cü ilin ilk rübündə Azərbaycana birbaşa xarici investisiyasını 44.1 faizə çatdırmaqla, bu ölkədə ən böyük xarici sərmayədara çevrilib: “Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici sərmayədar olmasından məmnunluğumu bildirirəm və bu, Böyük Britaniyanın Azərbaycana qarşı mövqeyində, əlbəttə ki, əhəmiyyətli faktdır”.

Lord Flaytın sözlərinə görə, Azərbaycanın İraq, Kosovo və Əfqanıstana sülhməramlı qoşunlar göndərməsi Qərbdə daha yaxşı təbliğ olunmalı və bu məsələ geniş ictimaiyyətə çatdırılmalıdır: “Gələn ay BMT Təhlükəsizlik Şurasına sədrliyin Azərbaycana keçməsi Azərbaycanın qlobal aləmdə tanınması üçün çox vacib məqamdır. Azərbaycanın yaxşı sədrlik edə bilməsi onu daha çox tanıdacaq və şöhrətini artıracaq. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın öz qoşunlarını çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vaxtı çoxdan çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR