Azərbaycanda bankların aktivləri 9% artıb

Azərbaycanda bankların aktivləri 9% artıb
# 01 iyul 2014 10:29 (UTC +04:00)

Bakı - APA-Economics. Cari il iyunun 1-nə Azərbaycanda bankların ümumi aktivləri 22 mlrd. 140 mln. manat təşkil edir.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, banklar yanvar-may aylarında aktivlərini 8,6% artırıblar.

İyunun 1-nə bankların kredit qoyuluşları 16 mlrd. 125,5 mln. (7,6%-lik artım), məcmu kapitalı isə 3 mlrd. 803,6 mln. manat (11%-lik artım) təşkil edib.

Statistikaya əsasən, banklarda yerləşdirilən əhalinin əmanətləri 3,9% artaraq 6 mlrd. 643 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR