Gəncədə 48 yaşlı qadın bıçaqlanıb

Gəncədə 48 yaşlı qadın bıçaqlanıb
# 28 aprel 2014 08:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1966-cı il təvəllüdlü Ayna Vəliyeva qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi ilə 48 yaşlı qadını xilas etmək mümkün olub. Hazırda A. Vəliyevanın vəziyyəti orta-ağır qiymətləndirilir. Qadının kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR