Ukrayna sərhədçiləri terrorçuların hücumunu dəf ediblər və Rusiyadan gələn silah-sursat dolu avtomobilləri ələ keçiriblər

Ukrayna sərhədçiləri terrorçuların hücumunu dəf ediblər və Rusiyadan gələn silah-sursat dolu avtomobilləri ələ keçiriblər
# 30 may 2014 09:42 (UTC +04:00)

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, mayın 29-da gün ərzində sərhəd məntəqəsinin ətrafında silahlı insanların cəmləşməsi müşahidə edilib: “Məntəqədən bir neçə yüz metr aralıda onlar blok-postlar və atəş nöqtələri qurublar. Gecə saat 00.30-dan 02.30-a qədər sərhəd dəstəsi terrorçuların hücumuna məruz qalıb. Onlar atıcı silahlar və qumbaraatanlardan atəşə başlayıblar. Sərhədçilər cavab atəşi açıb. Ümumilikdə altı hücum cəhdi olub. Sərhədçilərdən biri yaralanıb. Silahlıların olduğu yerə 4 təcili yardım maşınının gəldiyi qeydə alınıb”.

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyadan ölkə ərazisində daxil olan 3 avtomobilin saxlanıldığını da açıqlayıb: “Əvvəlcə “Mercedes-Vito” markalı avtomobil saxlanılıb. O, Rusiyadan gələcək avtomobilləri qarşılamalı və müşayiət etməli imiş. Bir müddət sonra qonşu dövlətin ərazisindən hərəkət edən iki “Qazel” saxlanılıb. Avtomobillərdə 28 ədəd AK avtomatı, 6 ədəd pulemyot, 2 ədəd “Muxa” tipli qumbaraatan, 4 ədəd snayper tüfəngi, 40 yeşik qumbara və sursat aşkarlanaraq götürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR