Elman Abdullayev: “Avropa Parlamentinin öz missiyasının deyil, başqa təşkilatın missiyasının mövqeyinə istinad etməsi təəccüb doğurur”

Elman Abdullayev: “Avropa Parlamentinin öz missiyasının deyil, başqa təşkilatın missiyasının mövqeyinə istinad etməsi təəccüb doğurur”
# 24 oktyabr 2013 16:11 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Avropa Parlamentinin oktyabrın 23-də qəbul etdiyi qətnamənin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı hissəsinə münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O qeyd edib ki, belə bir yanaşma bəzi avropalı parlamentarların Azərbaycana münasibətdə qeyri-obyektiv, qərəzli mövqeyini bir daha nümayiş etdirir: “Xatırlatmaq istərdim ki, daha əvvəl onların həmkarları Avropa Parlamenti adından seçkilərin gedişini müsbət qiymətləndirərək bu seçkiləri azad, ədalətli və şəffaf adlandırıblar”.

Xatırladaq ki, Avropa Parlamentinin Pino Arlakkinin rəhbərlik etdiyi müşahidə missiyası oktyabrın 10-da öz ilkin rəyində Azərbaycandakı prezident seçkilərini müsbət qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR