ATƏT-in söz azadlığı nümayəndəsi illik hesabatını təqdim edib

ATƏT-in söz azadlığı nümayəndəsi illik hesabatını təqdim edib
# 28 noyabr 2013 12:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bununla əlaqədar ATƏT-in söz azadlığı nümayəndəsi Dunya Miyatoviç Vyanada ATƏT-in Daimi Şurası qarşısında ənənəvi illik hesabatını təqdim edib.

O, öz çıxışında ATƏT üzvü olan ölkələrdə söz azadlığının durumundan danışıb. Qeyd edib ki, söz və mətbuat azadlığı demokratiyanın mahiyyətində mühüm rol oynayır: “ATƏT-in bütün regionlarında KİV söz azadlığı problemləri ilə qarşılaşır. ATƏT üzvü olan ölkələri KİV-in təqibinə və məhkəmə ittihamlarına son qoymağa çağırıram. Jurnalistlərə təzyiqlərə son qoymağın vaxtı çatıb”.

D.Miyatoviç qeyd edib ki, ötən ilki ənənəvi hesabatını təqdim etməsindən keçən müddət ərzində 100 jurnalist məhbəs həyatı görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR