Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilib

Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilib
# 02 dekabr 2013 15:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti təmsil edib.

Tədbirdə BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyası, preventiv tədbirlər, hüquq-mühafizə orqanlarının fəaliyyəti, tədris, cinayət yolu ilə əldə olunmuş gəlirlərin qaytarılması, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri F. Məmmədov Konfransın ilk sessiyasında çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı aparılan sərt mübarizə, o cümlədən institusional və qanunvericilik tədbirləri barədə danışıb.

Tədbirin sonunda Konvensiyaya üzv dövlətlər tərəfindən gündəlikdə duran məsələlərə dair müvafiq sənədlər qəbul edilib, konfransın növbəti sessiyasının 2015-ci ildə Rusiyada keçirilməsi qərara alınıb.

Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR