Dövlət Sosial Müdafiə Fondunda elektron xidmətlərə həsr olunmuş «Açıq qapı» günü keçirilib

Dövlət Sosial Müdafiə Fondunda elektron xidmətlərə həsr olunmuş «Açıq qapı» günü keçirilib
# 26 dekabr 2013 10:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) «Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir» mövzusunda «Açıq qapı» günü vətəndaş forumu keçirilib.

«APA-Economics»in xəbər verdiyi kimi, DSMF sədri Elman Mehdiyev tədbirin məqsədi və qurumun son dövrlərdə gördüyü işlər haqqında məlumat verib. Onun sözlərinə görə, DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40%-ə qədəri barədə məlumat toplanılıb. Fond tərəfindən əhaliyə təqdim olunan xidmətlərin sayı 21-ə çatdırılıb.


E.Mehdiyev qeyd edib ki, DSMF-nin təkcə «Elektron hökumət» portalına inteqrasiya olunmuş elektron xidmətlərindən 119 minə yaxın istifadəçi yararlanıb.


«MDB-də ilk dəfə Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılıb və qısa müddətdə 1 067 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub», - deyə E.Mehdiyev əlavə edib.

Qeyd edək ki, hazırda ölkədə 2,630 mln. nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR