Dow Jones indeksi 0,2%, S&P 500 0,7%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,7%, Nasdaq 1,3% yüksəlib
# 21 oktyabr 2013 07:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 400 bəndədək, S&P 500 0,7% - 1 745 bəndədək, Nasdaq 1,3% - 3 914 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra iri şirkətlərin, o cümlədən, «Morgan Stanley» və «Google»un müsbət rüblük hesabatları təsir edib.

Avropa fond bazarlarında oktyabrın 18-də FTSE 100 indeksi 0,7% - 6 623 bəndədək, Almaniya DAX-ı 0,6% - 8 865 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 4 286 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 318,80 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3674 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR