SEPAH və PEJAK arasında toqquşmalarda 9 nəfər ölüb

SEPAH və PEJAK arasında toqquşmalarda 9 nəfər ölüb
# 27 avqust 2013 10:55 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, təşkilat ötən həftənin sonunda tərəflər arasında silahlı qarşıdurmanın baş verdiyini, nəticədə 9 nəfərin öldüyünü açıqlayıb. Bunlardan 7 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), 3 nəfəri isə PEJAK-ın üzvü olub.

Qarşıdurma Türkiyə ilə İraq sərhədi boyunca uzanan “Rojhilat” bölgəsində baş verib. İran mətbuatı hadisə ilə bağlı heç bir xəbər dərc etməsə də, PKK və PEJAK-a bağlı mətbu orqanlar bununla bağlı məlumat yayıblar.

Qeyd edək ki, İranla PEJAK arasında 2011-ci ilin sentyabrında atəşkəs rejiminin elan edilməsi barədə qarşılıqlı razılaşma əldə olunub. Hətta SEPAH-ın Quru Qoşunlarının komandanının müavini , general Abdullah İraqi PEJAK-ın İranın bütün şərtlərini qəbul edərək təslim olduğunu və Casusan təpələrindən geri çəkildiyini bildirmişdi. PKK yetkilisi Əhməd Dəniz də SEPAH hərbçilərinin Casusan təpələrinə yerləşməsinin ardından PEJAK-ın atəşkəs rejimi ilə razılaşdığını demişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR