Azərbaycan prezidenti Xətai rayonunda çörək zavodunun açılışında iştirak edib - FOTOSESSİYA - YENİLƏNİB

Azərbaycan prezidenti Xətai rayonunda çörək zavodunun açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2013 11:08 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakının oktyabrın 18-də Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı müəssisəni işə salıb və istehsal prosesi ilə tanış olub.

Bildirilib ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.

Sonra prezident zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxıb.

Dövlət başçısı müəssisədə yaradılan şəraitdən razılığını bildirib.

Sonra prezident paytaxtın Xətai rayonundakı Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR