Təhsil Nazirliyi: Ali təhsil müəssisələrində mütəxəssis hazırlığının keyfiyyəti akkreditasiya yolu ilə müəyyənləşdirilir

Təhsil Nazirliyi: Ali təhsil müəssisələrində mütəxəssis hazırlığının keyfiyyəti akkreditasiya yolu ilə müəyyənləşdirilir
# 08 noyabr 2013 15:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanın ali təhsil müəssisələrində hansı ixtisaslar və təhsil proqramlarının dəyişilməli olması məsələsinə aydınlıq gətirib. Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların təsnifatları UNESCO tərəfindən tərtib olunub və Avropa ölkələrində tətbiq olunan ali təhsilin ixtisas kvalifikasiyalarına uyğun hazırlanaraq təsdiq olunub.

Qeyd olunub ki, ali təhsil müəssisələrində mütəxəssis hazırlığının keyfiyyəti akkreditasiya yolu ilə müəyyənləşdirilir: “Respublikanın ali təhsil müəssisələri təsdiq olunmuş cədvələ uyğun akkreditasiyadan keçirilir. Akkreditasiya zamanı müəyyənləşdirildikdə ki, hər hansı bir ixtisas üzrə mütəxəssis hazırlığı tələb olunan standarta cavab vermir, həmin ixtisasın proqramı akkreditasiyadan keçməmiş hesab olunur və bu ixtisas üzrə növbəti ildən tələbə qəbulu planlaşdırılmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR