Gənclər üçün “Gənc Azərbaycan” qısametrajlı film festivalı elan edilir - FOTO

Gənclər üçün “Gənc Azərbaycan” qısametrajlı film festivalı elan edilir - <span style="color: red;">FOTO
# 13 noyabr 2013 12:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənclər Fondunun maliyyə dəstəyi ilə rejissorluğa maraq göstərən həvəskar gənclər üçün “Gənc Azərbaycan” qısametrajlı film festivalı elan edilir. Fonddan APA-ya verilən məlumata görə, festivalda iştirak etmək istəyən gənclər 5-10 dəqiqəlik “Gənc Azərbaycan”ın təsvirini qısametrajlı filmdə individual, özünəməxsus şəkildə əks etdirməli və ya Azərbaycan mövzusunda öz sərbəst ideyasına uyğun film çəkməlidir.

Azərbaycan Dövlət Gənclər Fondundan bildiriblər ki, gənclər fərdi və ya komanda adından da filmlərini göndərə bilərlər. Filmlər dekabr 15-ə kimi təhvil verilməlidir.

Festivalda təqdim ediləcək filmlər ekspertlər tərəfindən qiymətləndiriləcək və orijinal filmlər festivalda təqdim ediləcək. İştirakçılara hədiyyə və diplom, sertifikatlar veriləcək. Festivalın keçirilməsi yanvar ayının əvvəlləri üçün nəzərdə tutulur.

Qeyd edək ki, festivalın təşkilatçısı “Gənclərin Töhfəsi” İctimai Birliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR