Çinin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb

Çinin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb
# 06 aprel 2014 02:47 (UTC +04:00)

Bakı-APA. Çinin Yunnan əyalətində 5,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində azı 21 nəfər xəsarət alıb, 20 mindən çox insan qəzalı vəziyyətə düşən evlərdən köçürülüb.

Dağlıq ərazidə yerləşən Yunşan yaşayış məntəqəsində evlərin uçduğu, yolların sıradan çıxdığı, yer sürüşməsinin baş verdiyi bildirilir. Bu ucqar yaşayış məntəqəsinə xilasedicilər göndərilib.

Xüsusi komissiyanın ilkin hesablamalara görə, Yunşan şəhərində 2700 tikiliyə ciddi zərər dəyib, onlardan 75-i tamamilə uçub. Nəqliyyatın hərəkəti, elektrik enerjisinin verilişi artıq bərpa olunub.

Qeyd edək ki, ötən gün Bakı vaxtı ilə 02.40-da baş vermiş zəlzələ Siludu şəhəri yaxınlığında 13 km dərinlikdə qeydə alınıb. 15 km aralıda ölkənin ikinci iri SES-i yerləşir. Su Elektrik Stansiyası normal rejimdə fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR