Ötən ay Bakıda 12 suda boğulma hadisəsi qeydə alınıb, 8 nəfər ölüb

Ötən ay Bakıda 12 suda boğulma hadisəsi qeydə alınıb, 8 nəfər ölüb
# 03 iyul 2014 09:35 (UTC +04:00)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, onlardan 8 nəfər həkimlər gələnə qədər dünyasını dəyişib, 3 nəfər xəstəxanaya çatdırılıb, 1 nəfərə isə yerində yardım göstərilib.

O qeyd edib ki, suda boğulan 12 nəfərdən 4 nəfəri yaşı 18-dən az olanlardır. Ölənlərin isə 2-si 18 yaşına çatmayan yeniyetmədir. Suda boğulanların hamısı kişidir.

Suda boğulma halları daha çox əsasən nəzarət olunmayan, təcili yardım növbətçiliyi olmayan, Mərdəkan və Şüvəlan ərazilərində qeydə alınıb.

Qeyd edək ki, ölkədə çimərlik mövsümünə iyunun 8-dən start verilib. Həmin vaxtdan paytaxtın 15 çimərliyində təcili yardım briqadaları əhaliyə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR