Azərbaycanda neft-qaz istehsalı 3% azalıb

Azərbaycanda neft-qaz istehsalı 3% azalıb
# 11 iyun 2014 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda sənayesinin təsərrüfat subyektləri tərəfindən 14,1 mlrd. manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 73,3%-i istehsal olunmuş mədənçıxarma bölməsində 17,7 mln. ton neft, 7,6 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,5%-ni təşkil edib, qida, geyim, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,6%-ni elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-I su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 3,4% üstələyib, neft-qaz sektorunda isə 3% azalıb. Ümumi sənaye istehsalının 93,4%-i malların (əmtəələrin), 6,6%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,7%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR