Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunda təşkil olunan seçki məntəqəsində seçici fəallığı müşahidə olunur

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunda təşkil olunan seçki məntəqəsində seçici fəallığı müşahidə olunur
# 09 oktyabr 2013 15:03 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunda təşkil olunan seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov bildirib.

Onun sözlərinə görə, konsulluq binasında təşkil olunan seçki məntəqəsi saat 8:00-da açılıb və seçicilərin fəallığı müşahidə olunur: “Konsulluq uçotunda 105 nəfər qeydə alınıb. Buraya Xabarovskdan tutmuş Yekaterinburqadək yaşayan azərbaycanlılar gəlib, öz seçici hüququndan istifadə edirlər”.

Bununla belə, baş konsul indiyədək neçə nəfərin səs verdiyini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR