Ölkə ərazisində dumanlı və çiskinli hava şəraiti 2-3 gün davam edəcək

Ölkə ərazisində dumanlı və çiskinli hava şəraiti 2-3 gün davam edəcək
# 08 yanvar 2014 09:15 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, ölkə ərazisində müşahidə olunan dumanlı və çiskinli hava şəraiti temperatur fərqi ilə əlaqədardır.

Onun sözlərinə görə, havada temperatur yüksək, yer səthində isə aşağıdır. Bunun nəticəsində də temperaturda müəyyən fərqlər yaranıb və duman, çiskin əmələ gəlib. Paytaxtda və bölgələrdə əsasən səhər və axşam dumanlı, çiskinli hava şəraiti müşahidə olunur. Belə hava şəraiti yaxın 2-3 gün ərzində də davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR