Daxili İşlər Nazirliyi “Şəfa-Broyler” şirkəti ilə bağlı yeni xəbər yayıb

Daxili İşlər Nazirliyi “Şəfa-Broyler” şirkəti ilə bağlı yeni xəbər yayıb
# 16 yanvar 2014 09:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi “Şəfa-Broyler” şirkəti ilə bağlı xəbərə aydınlıq gətirib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 14-də Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq Sovxozunda yerləşən quşçuluq fermasında Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı yük avtomobilini arxaya verərkən həmin fermanın müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb.

T. Tağıyevi hadisə yerində ölüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən həmin məlumatı yanlış təqdim edib. Belə ki, nazirliyin saytında yerləşdirilən xəbərdə bildirilir ki, dünən Suraxanı rayonu ərazisində yerləşən “Şəfa-Broyler” şirkətində oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb və o hadisə yerində ölüb.


“Şəfa-Broyler” şirkəti isə həmin məlumatı təkzib edərək şirkətin rəhbərinin ölmədiyini açıqlayıb: “Birincisi, bizim şirkət Suraxanı rayonunda yox, Binəqədidə yerləşir. İkincisi də, həmin xəbərdə adları çəkilən şəxslərin heç biri “Şəfa-Broyler”in əməkdaşı deyil”.

Şirkətin açıqlamasından sonra DİN bu gün həmin məlumatı yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR