Dələduzluqda təqsirləndirilən şirkət prezidentinin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən şirkət prezidentinin məhkəməsi başlayıb
# 08 aprel 2014 14:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Qorqud Holding”in prezidenti Əliyev Heydər Əli oğlunun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, H. Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR