Sumqayıtda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB-2 - FOTOSESSİYA - VİDEO

Sumqayıtda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 aprel 2014 00:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, ağır qəza Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. Magistral yolla hərəkət edən "50 AE 109" dövlət nömrə nişanlı "İsuzu" markalı sərnişin avtobusu ilə "90 JH 537" nömrəli "MAZ" markalı yük maşını toqquşub. Zərbənin təsirindən avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə keçinib.

Yaralılardan 9-u Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə, 16-ı isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

Faktla bağlı Sumqayıt Şəhər Yol Polisi İdarəsində araşdırma aparılır.

**** 18.13

Bakı. Könül Kamilqızı - APA. Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını dəyişib.

Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

***

saat 17:38

Bakı. Fuad Cəfərov - APA. Sumqayıt şəhərində ağır yol qəzası baş verib.


Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb.

3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub.

Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR