Müsavat Partiyası Gənclər Təşkilatına yeni sədr seçilib

Müsavat Partiyası Gənclər Təşkilatına yeni sədr seçilib
# 17 noyabr 2013 17:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası Gənclər Təşkilatı sədrliyinə seçkilər keçirilib.

Bu barədə APA-ya məlumat verən partiya başqanının müşaviri Mustafa Hacıbəylinin sözlərinə görə, seçkilərin nəticəsinə əsasən, Əhliman Abbas 99 səslə Gənclər Təşkilatının yeni sədri seçilib. M. Hacıbəyli bildirib ki, ümumilikdə seçkidə 167 nəfər təşkilat üzvü iştirak edib, lakin bir bülleten etibarsız sayılıb: “Digər namizəd Rüfət Hacıbəyli isə 67 səs qazanıb”.

Xatırladaq ki, avqustun 26-da partiyanın Gənclər Təşkilatına keçirilən seçkinin nəticəsi ləğv olunub və yeni seçkilərin keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR