Bakıda mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələrlə bağlı seminar keçirilib - FOTO

Bakıda mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələrlə bağlı seminar keçirilib - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 14:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Avropa Birliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə həyata keçirdiyi «Azərbaycanda mənzil-kommunal sahəsində islahatlara dəstək Layihəsi» çərçivəsində «Mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələr» mövzusunda seminar keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə və Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və ona daxil olan rayonlar, eləcə də Sumqayıt şəhərinin icra hakimiyyətləri, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, eləcə də qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, seminarda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, digər sahələrlə yanaşı, sosialyönümlü iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olan mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında əhəmiyyətli tədbirlər həyata keçirilib.

Qeyd edək ki, tədbirdə yeni idarəçilik üsulları, onların üstünlükləri barədə danışılıb, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri, yaratdığı imkanlar barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb.

Seminarda Avropa Birliyinin eksperti Yerji Fişer Azərbaycanın mənzil-kommunal sektorunda aparılan islahatlara, bu sahənin yeni Mənzil Məcəlləsinə uyğun olaraq idarə olunmasına, mövcud qanunvericiliyin yaratdığı imkanların təhlilinə həsr olunmuş ilkin hesabatla çıxış edib, bu sahədə həyata keçirilən qabaqcıl dünya təcrübəsinin tətbiqinin faydalı olacağını qeyd edib.

Sonra tədbirdə mənzil-kommunal sahəsində yeni münasibətlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR