Zaqatalada 62 yaşlı qadın intihar edib

Zaqatalada 62 yaşlı qadın intihar edib
# 21 mart 2014 17:43 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Car kəndinin sakini, 1952-ci il təvəllüdlü Fatimat Məmməd qızı Kaştayeva özünü yaşadığı evin yaxınlığındakı yarımçıq tikilidə asaraq intihar edib.

Üç uşaq anası olan F. Kaştayevanın ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR