Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq

Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq
# 08 aprel 2014 10:04 (UTC +04:00)

Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.


Aprelin 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR