Xarkov universitetində baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb

Xarkov universitetində baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb
# 15 mart 2014 16:28 (UTC +04:00)

Bakı-APA. Karazin adına Xarkov Milli Universitetində partlayış baş verib, nəticədə 3 nəfər xəsarət alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, yerli polisin açıqlamasına əsasən, partlayış bu gün yerli vaxtla 14.50-də (Bakı vaxtı ilə 16.50-də) baş verib.

Açıqlamada bildirilir ki, partlayış nəticəsində bir müəllim və Kimya fakültəsinin 2 tələbəsi xəsarət alıb. Xəsarətlərin yüngül olduğu bildirilir, yaralılara hadisə yerində tibbi yardım göstərilir.

Partlayışın baş vermə səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR