Masallıda minik avtomobili ilə “KamAZ” toqquşub, iki nəfər ölüb, 4 nəfər xəsarət alıb - VİDEO

Masallıda minik avtomobili ilə “KamAZ” toqquşub, iki nəfər ölüb, 4 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 03 noyabr 2013 20:20 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 3-də saat 20.00 radələrində Ələt-Astara yolunun 156-cı km-də, Masallı rayonunun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Alvadı kənd sakini, 1977-ci il təvəllüdlü Abid Habil oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 NR 424 dövlət nömrə nişanlı avtomobil Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Samur Həsənağa oğlu Talıbovun idarə etdiyi “KamAZ” markalı, 44 BM 812 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-2107”-də olan 4 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq, Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.

Həkimlərin səyinə baxmayaraq, “VAZ 2107”-nin sürücüsünü və sərnişinlərindən birini, Təzə Alvadı kənd sakini, 1986-cı il təvəllüdlü Rövşən Zakir oğlu Qasımovu xilas etmək mümkün olmayıb. Onlar xəstəxanada dünyasını dəyişiblər.

Digər xəsarət alanlar –1981-ci il təvəllüdlü Rafiq Qabil oğlu Qasımov, Nəzakət Qabil qızı Qasımova və Gülnarə Teymur qızı Qasımovanın vəziyyəti orta ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR