Həbsdə olan bloqgerin məhkəmə istintaqı başa çatıb

Həbsdə olan bloqgerin məhkəmə istintaqı başa çatıb
# 15 may 2014 13:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqger Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib.

Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün proses mayın 22-nə təxirə salınıb.

Qeyd edək ki, Ə. Əbilov ötən il noyabrın 22-də tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR