Müsavat Məclisinin üzvü: “AXCP-nin nazı ilə çox oynayırıq”

Müsavat Məclisinin üzvü: “AXCP-nin nazı ilə çox oynayırıq”
# 29 dekabr 2013 12:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyasının Müsavat Partiyasına qarşı yönəltdiyi ittihamlar tam əsassızdır. Biz AXCP-nin nazı ilə çox oynayırıq”. APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının məclis üzvü, Cəlilabad rayon təşkilatının sədri Hidayət İsmayılov partiya məclisinin toplantısındakı çıxışı zamanı deyib.

H. İsmayılov bildirib ki, Milli Şurada milli qüvvələr olmalıdır, hədəf bir olmalıdır: “Son üç ilimizi İctimai Palataya həsr etdik. Sonra da Milli Şura ortaya çıxdı. Müsavat Partiyası 2003-cü ildə də seçkiyə tək getdi, yenə də tək getsə, qələbə çalacaq”.

H. İsmayılov AXCP funksionerlərinin Müsavat Partiyasına qarşı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Aparıcı qüvvə Müsavat Partiyasıdır. Müsavat Partiyası yoxdursa, Milli Şura da yoxdur. Bu baxımdan AXCP-nin Müsavata qarşı səsləndirdiyi fikirlər əsassızdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR