Baş nazirin müavini Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtina etməməsinin səbəblərini açıqlayıb

Baş nazirin müavini Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtina etməməsinin səbəblərini açıqlayıb
# 16 may 2014 09:13 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bunun biri neçə səbəbinin olduğunu deyib: “Əslində biz görürük ki, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir qurumdur, 20 ildə gördükləri işlərin heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri problemi araşdırıblar, bu barədə bilirlər. Ancaq həmsədrlərin nə səlahiyyəti var? Vəzifələri səfər etmək, faktı müəyyənləşdirmək, gəlib öz ölkələrinin rəhbərlərinə məruzə etməkdir, bunu da edirlər. Artıq onlar problemin içərisindədirlər. Bu format dəyişilsə, yeni bir format ortaya çıxsa, gərək bir neçə il də gözləyək, onlar gəlib hələ problemlə tanış olsunlar, öyrənsinlər. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun Əsasnaməsi elə hazırlanıb ki, həmsədrləri dəyişmək mümkün olmasın. Çünki Əsasnaməni dəyişmək üçün konsensusun əsas olduğu qeyd edilib. Ermənistan da heç vaxt konsensusa gəlmir. Ona görə də hesab edirik ki, ATƏT-in həmsədrlərini dəyişmək əhəmiyyətsizdir. Əksinə, çalışmalıyıq ki, mövcud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əli, səlahiyyəti ilə Dağlıq Qarabağ probleminin həllinə nail olaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR