Ermənistan hökuməti Azərbaycanla sərhəddə yaşayan fermerlərə maliyyə yardımı edəcək

Ermənistan hökuməti Azərbaycanla sərhəddə yaşayan fermerlərə maliyyə yardımı edəcək
# 09 yanvar 2014 12:42 (UTC +04:00)

Bakı – APA. Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən fermer təsərrüfatlarının sahiblərinə maliyyə yardımı edəcək.

APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi məlumata görə, yardım nəğv vəsait formasında olmayacaq. Erməni fermerlər torpaq vergisindən və suvarma xidmətləri üzrə ödənişlərdən azad ediləcək.

Qeyd edək ki, bu gün Ermənistan Nazirlər Kabinetinin iclası keçirilib. İclasda hökumətin 2014-cü il üçün nəzərdə tutulmuş fəaliyyət proqramı qəbul olunub. Azərbaycanla sərhəddə yaşayan fermerlərə yardımın edilməsi məsələsi də həmin sənəddə yer alıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR