Bakıda Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmiş gecə keçirilib

Bakıda Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmiş gecə keçirilib
# 25 aprel 2014 08:18 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında böyük Ukrayna şairi, yazıçısı və mütəfəkkiri Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmiş gecə keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli bildirib ki, Ukrayna mədəniyyəti üçün T.Şevçenko ədəbi irsinin əhəmiyyəti əvəzsizdir: “Ukraynanın mənəvi tarixində şairin müstəsna yeri var. Şairin “Kobzar” əsəri Ukrayna ədəbiyyatının və dilinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Onun təbiət mənzərələri ilə zəngin yaradıcılığı təkcə Ukrayna ədəbiyyatında deyil, dünya ədəbiyyatında hadisəyə çevrilib”.

Şair Abbas Abdulla T.Şevçenkonun həyat və yaradıcılığının öyrənilməsinin ənənələrindən söz açıb.

Tədbirdə incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub, Ukrayna və Azərbaycan dillərində mahnılar və rəqslər ifa olunub.

Xatirə gecəsi Ukraynanın Azərbaycandakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR