Məhkəmə prezidentliyə namizədliyi qeydə alınmayan partiya sədrinin MSK-ya qarşı iddiasını təmin etməyib

Məhkəmə prezidentliyə namizədliyi qeydə alınmayan partiya sədrinin MSK-ya qarşı iddiasını təmin etməyib
# 17 sentyabr 2013 14:23 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında qərarının ləğvinə dair iddiasına baxılıb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən iclasda məhkəmə MSK-nın qərarını qüvvədə saxlayıb.

Partiyadan o da bildirilib ki, sözügedən məhkəmə instansiyasının bu qərarı ilə razılaşmayan VİP MSK-nın həmin qərarının ləğv olunması üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Ali Məhkəməyə müraciət edəcək.

Məhkəmə iclasını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunin (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri xanım Meqan Fitzgerald və Şəhla Hümbətova da müşahidə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR